Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
10:24
Əmanətçilərin bankla yeni müqaviləsi vacibdir

Bizə olan müraciətlər göstərir ki, “Dəmirbank”dakı 28.3 milyon manat qorunmayan əmanətin bir hissəsi 2016-ci il martın 2-dən öncə bankda sığortalana depozit kimi yerləşdirilən vəsaitlərdir.

FaktXəbər-in nəlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, bu hal əvvəl müflis olan banklarda da müşahidə edilirdi. Belə ki, sözügedən tarixdə qorunan əmanətlər üzrə limit aradan qaldırıldı və maksimum sığorta faizi depozitlərdə manat üçün 15, xarici valyuta üzrə 3 faiz müəyyənləşdirildi. Ondan əvvəl isə 30 min manatadək olan əmanətlər sığortalanırdı. Nəticədə, 2016-ci il martın 2-dən öncə bir il müddətinə bağlanmış əmanətlərin müddəti başa çatdıqdan sonra bəzi əmanətçilərin yeni müqavilənin bağlanması üçün müraciət etmədiyi üçün depozitlər müqavilə avtomatik olaraq ya eyni şərtlər ilə, ya da bankdakı faiz dərəcəsinə uyğun uzadılıb. Belə ki, əksər depozit anlaşmalarına əsasən müqavilə başa çatanda əmanətçi banka müraciət etmirsə anlaşma eyni və ya bankın mövcud şərtləri ilə daha 1 il müddətinə uzadılmış sayılır. Bu isə o deməkdir ki, 2016-ci il martın 2-dən öncə 6 faiz ilə 30 min manatadək bankda yerləşdirilən dollar əmanəti sığortalanan idisə, həmin şərtlər ilə sözügedən tarixdən sonra müqavilə uzadılanda artıq qorunan paket statusunu itirib. Nəticədə, bank müflis olan zaman həmin əmanətlər qorunmayan əmanətlər qrupuna daxil edilib və geri qaytarılmayıb. Bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə çoxlu müraciətlərin olması da ondan xəbər verir ki, banka yeni anlaçma imzalamaq üçün müraciət etməyənlərin qorunan əmanətlərinin sığortalanmayan depozitə çevrilməsi halları heç də az deyil. Bu baxımdan da, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra bank yaxınlaşıb yeni müqavilə bağlamaları çox vacibdir. Əks halda əgər gələcəkdə bank müflis olarsa həmin əmanətlərin qorunmayan depozit kimi qaytarılmaması riski ola bilər. 

Məqalədə : Dəmirbank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com