Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
08:33
Tehranda iğtişaş olub: 3 polis əməkdaşı öldürülüb - VİDEO

Dünən axşam saatlarından İranın paytaxtı Tehranın şimalında iğtişaş olub. FaktXəbər-in məlumatına görə, İran polisinin sözçüsü Səid Müntəzirulməhdi "Təsnim" agentliyinə bildirib ki, asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb və nəticədə 3 polis ölüb.

Müntəzirulməhdi daha sonra bildirib ki, keçirilən əməliyyatlar nəticəsində cinayət törədən şəxslər həbs edilib. O əlavə edib ki, hazırda iğtişaşın baş verdiyi Pasdaran prospektində vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, hadisəyə səbəb Gonabadi təriqətinin üzvləri olub. Onlar liderlərinin qeyri-qanuni həbs olunduğunu iddia edərək onun Pastaran küçəsindəki evinin öndünə toplaşıblar. Toplaşan kütləyə dağılışmaq barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar dağılışmayıblar və polislə qarşıdurma olub. Gonabadi təriqəti sufiliyin qolu sayılır. Gonabadi  dərvişləri özlərini Nemətullahi təriqətinin üzvləri hesab edirlər. Nemətullahilər şiə məzhəbi ilə sufiliyin ortaq təriqəti hesab olunsa da, dində ifrata varmaqda və dindən çıxmaqda ittiham edilirlər. Bir neçə gün öncə təriqətin qeyri-qanuni fəaliyyətiləri müstəvisində liderləri sayılan Nurəli Tabəndi həbs edilib.

Məqalədə : Tehran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru