Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
15:08
Azərbaycan ATƏT-ə nə qədər vəsait ödəyir?

Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq. 

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək. 

Azərbaycan da ATƏT-in üzv 57 ölkədən biridir. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Azərbaycan hər il bu təşkilata nə qədər vəsait ödədiyi barədə FaktXeber.com-un sualını cavablandırıb.

Politoloq bildirdi ki, burada təəccüblə heç nə yoxdur, onlara hər il bu qaydada pul ayrılır: “Hələ bu vəsait bir az azalıb. Əvvəllər təxminən 1,5-1,6 mln. avro dəyərində pul ayrılırdı.”

M.Əhmədoğlu onu da vurğuladı ki, ATƏT-in Minsk Qrupunun saxlanılmasından ötrü nə Azərbaycan, nə də Ermənistan ayrıca vəsait ödəmir: “ATƏT-ə 57 dövlətdən hər biri müəyyən məbləğdə üzvlük haqqı köçürür, oradan büdcə formalaşır, o büdcədən də bu cür ayrımlar olur.” 

Azərbaycanın üzvlük haqqına gəldikdə isə Əhmədoğlu bildirdi ki, bu barədə dəqiq məlumatı yoxdur: “Amma təxminən bildirim ki, Azərbaycanın ATƏT-ə üzvlük haqqı 25-35 milyon avro arasındadır.

Politoloq bir məsələni də diqqətə çatıdrdı: “Bəziləri hesab edir ki, Kaşpiskin missiyasının saxlanılmasına 1 milyon vəsait gedir. Xeyr, elə deyil. Xeyli az miqdarda vəsait sərf olunur. ATƏT-in missiyası üçün ayrılan vəsaitin təxminən 1/3-i ona ayrılır.”

Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mübariz Əhmədoğlu ATƏT 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 03:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com