Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
14:25
Deputatlarımızın pensiyaları artırılır

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik ediləcək.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsi ilə Hüquq komitəsinin fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişiklik təklifinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Deputat Ombudsman 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 21:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com