Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
13:23
İŞİD üzvü olan AZƏRBAYCANLI qadınlara İraqda hökm oxundu

İraq məhkəməsi  İŞİD  terror təşkilatına dəstək göstərən Azərbaycanlı qadınları ömürlük həbsə məhkum edib. FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə Al-Sumaria xəbər yayıb.

Ölkənin Ali Məhkəmə Şurasının nümayəndəsi  Abdel Səttar Birkdar  Türkiyə və Azərbaycan vətəndaşı olan daha 10 qadının  ömürlük həbsə məhkum olduğunu bildirib.

"Həyat yoldaşımla internetdə tanış olmuşam. O Türkiyədə görüşməyi təklif etmişdi. Sonra vasitəçi gəldi və məni ərimin yaynına aparacağını dedi, amma bunun hara olduğunu bildirmədi", - deyə azərbaycanlı Enji Omreyn bildirir.

"Elə bilirdim Türkiyədə yaşayacağıq, ancaq Suriyaya getdik, ordan isə ərim məni İraqa apardı", - deyə o əlavə edib.

Bundan əvvəl Qərb KİV-ləri xəbər yaymışdı ki, İraq ordusu İŞİD-in yüzlərlə  terrorçusunun arvadılarını saxlayıb . Onların arasında Avropa, Asiya, ABŞ  və Rusiya vətəndaşları olub.

İraq baş naziri Heydər əl-Abadi 2017-ci ildə  İŞİD terror qruplaşmasının məğlubiyyətini elan etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD qadın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com