Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
11:41
Bu şəxslərin maaşı artdı - 968 manat olub

2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil edib, onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

FaktXəbər bildirir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : maaş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 17:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com