Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
11:23
Zərif: İranın Suriyada hərbi bazası yoxdur

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Suriyada hərbi bazasının olmadığını bildirib. FaktXəbər-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, jurnalistlərin mövzu ilə bağlı sualına cavab verən Zərif, "Yox, Suriyada onlara (hərbi bazalara) sahib deyilik",-deyə bildirib.

Dünən Münhendə təhlükəsizlik konfransında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu iddia edib ki, İran Suriyadakı "Tartus" limanına yerləşməyə çalışır və Təl-Əviv bu bazalarının yaradılmasını əngəlləmək üçün lazım olanı edəcək.
 
İranın XİN rəhbəri isə konfransdakı çıxışında qeyd edib ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdə öz yanlış qərarlarının nəticələrinə görə əzab çəkir və Münhen təhlükəsizlik konfransı ilə digər beynəlxalq konfransları siyasi isterikaları canlandırmaq məqsədilə istifadə edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cavad Zərif 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 02:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com