Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
11:19
Novruzun ilk çərşənbəsi fevralın 27-də qeyd ediləcək

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından FaktXəbər-ə bildirilib ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Suyun ilk yarandıldığı inancı ilə ilk çərşənbə kimi qeyd edilir.

Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : su çərşənbəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com