Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
10:30
Suriyada iki terrorçu qrup birləşib

FaktXəbər-in məlumatına görə, Suriya ordusuna qarşı döyüşən "Əhrar Şam" ilə "Nurəddin Zəngi" terror qruplaşmaları "Suriya Azadlıq Cəbhəsi" adı altında birləşdiklərini açıqlayıblar.

Onlar bu barədə qərarlarını sosial şəbəkə vasitəsi elan ediblər.

Açıqlamada, "Suriyada siyasi qərar mexanizminin bir qrup tərəfindən idarə edilməsinə yol verməmək, qruplara qarşı hücumları dayandırmaq və xarici qüvvələrin istəklərinə alət olmamaq üçün bu birləşmə həyata keçirilib", - deyə bildirilir.

"Suriya Azadlıq Cəbhəsi" terror qruplaşmasının liderliyinə isə "Əhrar Şam" terrorçularının lideri Həsən Sufan seçilib. Onun köməkçisi isə digər terror qruplaşmasının komandiri Tofiq Şihhabəddin olub.

Onlar açıqlamalarında həmçinin digər terror qruplaşmalarına da müraciət edərək birləşməyə çağırıblar.  

Qeyd edək ki, adı çəkilən hər iki qruplaşma Suriyanın İdlib, Hama, Homs, Hələbin qərbi və Dəməşqdə Suriya ordusuna qarşı döyüşürlər. Hər iki qruplaşma "xarici qüvələrin istəklərinə alət olmamaq" barədə çağırış etmələrinə baxmayaraq, Suriyada döyüşən terror qruplaşmalarının xarici dövlətlər tərəfindən idarə edildiyi və maliyyələşdirildiyinə dair kifayət qədər sübutlar var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com