Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
10:05
ATƏT-ə Qarabağ böhranı üçün pul ayrıldı

Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək.

Müqayisə üçün bildirək ki, ötən il də Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayırılmışdı, A.Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro idi. Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq.

ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.  ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ATƏT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 20:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com