Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2018
09:40
MKİ etiraf etdi: Biz də seçkilərə müdaxilə etmişik

Rusiyanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxilə etməsi müzakirə olunduğu bir vaxtda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) maraqlı etirafla gündəmə gəlib. FaktXəbər-in verdiyi məlumata görə, MKİ-nin sabiq rəhbəri Ceyms Vulsey "FOX" televiziyasına müsahibəsində bildirib ki, ABŞ rəhbərliyi başqa ölkələrdə keçirilən seçkilərə müdaxilə edib.

O, əlavə edib ki, MKİ "demokratiyanı qorumaq" bəhanəsiylə bir çox ölkədə baş tutan seçkilərə müdaxilə edib.

Buna qədər MKİ-nin hazırki rəhbəri Maykl Pompeo ölkəsinin Venesuelada Maduro rəhbərliyini devirmək üçün hərəkətə keçdiyini açıqlamışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : MKI 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 08:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com