Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2018
22:11
1884
`Halal` sertifikatının verilmə qaydası dəyişir - VİDEO

Azərbaycanda "halal" sertifikatını verən qurum dəyişir. Artıq bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək. Üstəlik, sertifikatın verilməsi qaydalarında da dəyişikliklər olacaq.

"Halal" sertifikatının verilmə qaydası dəyişir.

Bu vaxta qədər sözügedən sertifikatı Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş "AzeSERT" sertifikatlaşdırma şirkəti verirdi. Təkrarçılığı aradan qaldırmaq və nəzarətin bir orqan tərəfindən həyata keçirilməsini təmin etmək məqsədiylə artıq halal sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Əvvəllər bu sertifikat maksimum 3 il müddətinə verilirdi. Sertifikat verilərkən məhsulun ölkə daxilində və ya xaricdə satılması əhəmiyyət daşımırdı. Artıq hər ixrac prosesi üçün ayrıca sertifikat almaq lazım gələcək.

Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, hazırda halal standartının yerli istehlak üçün verilmə qaydası və sertifikatın etibarlılıq müddəti dəqiqləşdirilir. Əvvəllər məhsulun halal standartına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün onun gigiyenik sertifikatı tələb olunurdu. Artıq hər məhsul üçün ayrıca gigiyenik sertifikat almağa da ehtiyac qalmayacaq.

Sertifikat ödənişli əsaslarla veriləcək. Balarəhim Quliyev rüsumların Tarif Şurasıyla dəqiqləşdirilmə mərhələsində olduğunu deyir. Onun sözlərinə görə, artıq halal məhsul istehsal etmək üçün ayrıca istehsal məntəqəsinə də ehtiyac qalmayacaq.

Halal sertifikatı, hazırda olduğu kimi, məhsulun üzərində xüsusi etiket formasında öz əksini tapacaq.

Məqalədə : halal sertifikat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 04:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com