Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2018
14:33
2307
Nazir soğanın bahalaşmasına münasibət bildirib

Soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir. FaktXəbər-in verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Əgər müəssisənin ərazidən topdan satış qiymətlərini götürsək, 35 qəpiyə başa gələn soğan 45 qəpiyə satılmalıdır ki, bu, fermerin gəlir əldə etməsinə şərait yaratsın. Bundan sonrakı mərhələdə müəssisənin topdan satış qiymətləri, onu daşıyanlar, qablaşdıranlar və s. haradasa üzərinə müəyyən marjalar əlavə edir. Bazarlarda yer almaq, saxlamaq yerindən asılı olaraq, haradasa 35 qəpiklik soğan 60, 65, 70 qəpiyə çıxır", deyə nazir bildirib.

H. Əsədov deyib ki, bu gün də soğanın pərakəndə satış qiyməti bu civardadır: "Bundan öncə, hətta devalvasiyadan əvvəl soğanın qiyməti 70 qəpikdən baha olub. Bu gün soğan özünün real qiymətini alıb. Belə olmasa, soğan istehsalçılarının növbəti illərdə bu məhsula diqqət yetirməməsi deməkdir. Bu halda, bizim ixracımız şübhə altına alınır. Bugünkü qiyməti normal qiymət hesab edirəm, inanmıram ki, qiymətdə dəyişikliklər baş versin",- deyə nazir vurğulayıb.

Məqalədə : Heydər Əsədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 10:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com