Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2018
13:04
Araz Əlizadə: xarici ölkədən söyüş söymək kişilikdən uzaqdır

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizəd, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Avropa ölkələrində fəaliyyət göstərən azərbaycanlı videobloger Orduxan Teymurxan və digərlərini canlı debata çağırıb.

A.Əlizadə “Ölkə.Az”a açıqlamasında Orduxan Teymurxan və digər videoblogerlərlə birbaşa və yaxud canlı debata çıxmağa hazır olduğunu bildirib. 

“Amma bir şərtim var ki, debat canlı olmalıdır. Daha sonradan mənim fikirlərim kəsiləcək və yaxud ixtisar olunacaqsa, buna razı olmaram. Mən birbaşa yayım olan debatda istənilən şəxslə görüşməyə hazıram. Yetər ki, bu canlı olsun!”,-deyə Araz Əlizadə bildirib.

Deputat qeyd edib ki, son günlər internet vasitəsilə özlərini “qəhrəman” hesab edən videoblogerlərin Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparması insanlarda ikrah hissi yaradır:

“Mən nə Orduxanı, nə də digərlərini tanımıram. Amma eşidirəm ki, onlar prezidentliyə namizəd olan şəxsləri təhqir etməyə çalışırlar. Bilirsiniz, mən köhnə Bakılıyam. Biz Bakılıların da bir adəti vardı. Cavan vaxtı küçədə futbol oynaya bilməyən uşaqları qapıya qoyurdular. Qapıda dayanan həmin uşaqlar topu buraxan zaman deyirdik ki, yerə yıxıl, adın çıxsın. Digər tərəfdən isə məhəllədə döyülən qorxaq uşaqlar küçənin o biri başına qaçıb söyüş söyürdülər. Hamı da onlara qorxaq kimi baxaraq, fikir vermirdi. İndi Avropada gizlənən bu uşaqlar da mənim haqqımda nə deyirsə, hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına göndərirəm. Sosial şəbəkələrdə mənim haqqımda nə mənfi fikirlər yazılırsa, onlara bir cavabım var: Əgər kişisənsə, gəl, üzümə de! Çünki gedib xaricdən nə isə yazanda, ona cavab verilə bilmir. Ümumiyyətlə, bu adamlar mücərrəd və qorxaq insanlardır. Mən onlara necə cavab verim? Bir daha deyirəm ki, mən köhnə Bakılyam. Bizdə adət budur ki, kişi sözünü kişinin üzünə deyər. Əgər onlar türklər demişdən, erkək olsaydılar, sözü gəlib üzümə deyib layiqli cavablarını alardılar. İş yerim və yaşadığım ünvan hamıya məlumdur. Əgər sözləri varsa, buyurub gəlsinlər, üzümə desinlər. Yoxsa ki, qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir”. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Araz Əlizadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 05:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com