Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2018
12:29
Hüquqşünaslar 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib

Hüquqşünaslar - Asimə Nəsirli və Səməd Rəhimli 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib. FaktXəbər-in məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən hər iki şəxs hüquqşünas qovluqları yoxlanılmadan və etibarnamənin surətinin təqdim edilməsi əsasında dərhal və növbədənkənar görüşə buraxılmaqla, görüşlərin sayı və müddəti məhdudlaşdırılmamaqla görüşə şərait yaradılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Hökmdən narazı qalan iddiaçılar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, A.Nəsirli S.Rəhimli ilə ötən il ailə həyatı qurub.//report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hüquqşünaslar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com