Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2018
11:35
Neft və qızıl bahalaşıb

Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 0,34 dollar və ya 0,55% artaraq 61,68 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar və ya 0,79% bahalaşaraq 64,84 dollar təşkil edib.

***

Amerika fond bazarında "Dow Jones" indeksi  0,08% - 25 219,38 bəndədək,  "S&P 500" 0,04% - 2 732,22 bəndədək artıb, NASDAQ isə 0,23% - 7 239,47 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,83% - 7 294,70 bəndədək, Almaniya DAX-I  0,86% - 12 451,96 bəndədək, Fransa CAC-40-ı isə 1,13% - 5 281,58 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar bahalaşaraq 1 356,20 dollara, gümüşün unsiyasının qiyməti 0,08 dollar ucuzlaşaraq 16,71 dollara satılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 05:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com