Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
17:02
3619
İnanclıların Hüquqlarının Müdafiə Komitəsi toplandı

Azərbaycan Ziyalılar Birliyinin ofisində Əsassız həbs edilmiş Dindarların hüquqların Müdafiə Komitəsi mətbuat konfransı keçirib. FaktXeber.com-un məlumatına görə, tədbirdə bir çox ictimai-siyasi təşkilatın nümayəndələri, həmçinin siyasi məhbusların ailələri toplanıb.

İlk olaraq çıxış edən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, bu yaxınlarda AİP sədri Mövsüm Səmədovla görüşüb: "İnsan Allahla olanda onda daxili harmoniya olur və onlar bu daxili harmoniya ilə yaşadıqları üçün məhrumiyyətlər gözlərinə görünmür. Onda gördüyüm  daxili mübarizə əzmi məni yaxşı mənada təəccübləndirdi. O, hamıya salam dedi. Ölkədə baş verən sosial, ictimai, psixoloji hadisələrdən tam xəbərdardır və mütəmadi olaraq informasiya alır." 

E.Quliyev daha sonra, "əgər həbs olunan 160-dan artıq siyası məhbusun 100-ü dindar qardaşlarımız, inanclı kəsimin nümayəndələridirsə, deməli nəsə eləmək lazımdır. Bunu müzakirə etmək üçün bura toplaşmışıq", - deyə bildirdi. 

Tədbirdə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli siyasi məhbusların əslində siyahıdakından qat-qat artıq olduğunu bildirdi: "Azərbaycanda saxta ittihamlarla, şərlə, sifarişlə həbs olunan insanlar var. Məsələ bundan ibarətdir ki, əgər ölkədə hüquq nonsesdirsə, hüquqi müstəvisi yoxdursa, mən ədaləti hansı formada bərpa etməliyəm necə təmin edə bilərəm. Burada saxta iftiralarla siyasi məhbus həyatı yaşayan az adam yoxdur. Bu ölkədə istənilən şəxsə istənilən maddəylə cinayət işi açıla bilər. İslam həmrəyliyi olan ölkədə inanclılara 500 ildən artıq iş verilir. Ruhani namaz qıldığına görə cəza alır. Əgər məhkəmə sistemi hüquqa yox, sifarişə söykənirsə, bu vətəndaş hansı formada həll eləməlidir."

Tədbirdə həmçinin Milli Şuranın üzvü Vahid Kınık, Tofiq Yaqublu, Hilal Məmmədov çıxış ediblər.

Məqalədə : siyasi məhbus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
73

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
154

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2097

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
497

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
167
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru