Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
16:11
`Liverpul` fanatları Salaha görə İslamı qəbul etməyə söz veriblər -VİDEO

"Liverpul"un azarkeşləri ötən ilin yay aylarından kluba üzv olan Məhəmməd Salahın oyunçuluğundan məmnunluqlarını qeyri-adi formada göstəriblər.

Misirli oyunçu 36 oyunda 30 top vurub. FaktXeber.com-un Al Jazeera-ya istinadla verdiyi məlumata görə, belə uğurlu nəticəylə o, qırımızıların tarixindən bəri 13-cü, 2014-cü ildə Luis Suaresdən bəri isə birinci oyunçu olub. Bu səbəbdən Liverpul fanatları öz qəhrəmanlarının şərəfinə maraqlı mahnı bəstələyiblər. 

Musiqinin mətnində deyilir:

«Əgər o sizin üçün kifayət qədər yaxşıdırsa, mənim üçün də kifayət qədər yaxşıdır. Əgər o, daha bir neçə qol vursa, mən də müsəlman olaram. Əgər o sizin üçün kifayət qədər yaxşıdırsa, mənim üçün də kifayət qədər yaxşıdır. Məscid – mən məhz orda olmaq istəyirəm. Mo Salah, la-la-la-la-la».

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Liverpul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com