Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Fevralın 12-si və 14-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə, 26 nəfər əcnəbi saxlanılıb.
FaktXəbər bildirir ki, bu barədə DMX və DTX-nın yaydığı birgə məlumatda bildirilib.
Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.
Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib. Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel aldadılaraq ölkə ərazisnə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
- 21-04-2018 13:12 İstiqlal Muzeyində təmir işlərinə başlanılıb - FOTO
- 21-04-2018 12:42 Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 21-04-2018 12:23 Azərbaycanda 12 sm hündürlüyündə qar yağıb
- 21-04-2018 11:52 Bakıda yol qəzasında iki nəfər ölüb
- 21-04-2018 10:25 Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
- 21-04-2018 10:09 Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb - FOTO
- 21-04-2018 09:44 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək
- 20-04-2018 23:02 Bakıda qayda pozan sürücülərə belə etiraz etdilər – VİDEO
- 20-04-2018 22:30 Ermənistanda nümayişçilər Zvartnos aeroportunun yolunu bağlayıblar - VİDEO
- 20-04-2018 15:54 Bakıya yeni metro qatarları gətirilib - FOTO
- 20-04-2018 15:17 Bələdiyyə sədri ətrafı zibilli saxlayırmış - CƏRİMƏLƏDİLƏR
- 20-04-2018 15:02 İçməli su təminatında dəyişikliklər olacaq
- 20-04-2018 14:14 Aprel döyüşlərinin iştirakçısı intihar etdi - FOTO
- 20-04-2018 12:58 Rayonlarda qar, leysan yağacaq, dolu düşəcək
- 20-04-2018 12:35 Din xadimləri həbsxanalara dəvət olunsun - TƏKLİF
- 20-04-2018 11:23 Yol nişanlarını oğurlayan şəxs saxlanılıb
- 20-04-2018 10:58 "Formula 1" ilə bağlı avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi
- 20-04-2018 10:27 Niyə "Bakı Bus"da qapıların biri açılır? - AÇIQLAMA
- 20-04-2018 10:02 ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir
- 20-04-2018 09:55 Rayonda 4300 daşınmaz əmlak sökülüb - İcra hakimi
- 20-04-2018 09:42 Ombudsman mətbuata irad bildirib
- 20-04-2018 09:15 Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
- 20-04-2018 09:10 Azərbaycanda zəlzələ olub
- 19-04-2018 22:48 Azərbaycanlı iş adamı 128 milyondan imtina etdi
- 19-04-2018 16:54 Ombudsmandan sosial şəbəkələrlə bağlı AÇIQLAMA

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
21-04-2018 13:46
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]