Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
15:50
1807
Səbail RİH: `Rayondakı 14 pilot layihənin əksəriyyəti Bayıldadır`

"Bakı şəhərinin Səbail rayonunda hazırda 14-dən artıq mənzil tikintisi ilə bağlı pilot layihə işlənilib, təsdiq olunub və əlavə bir neçə layihə hazırlıq variantındadır".

Bunu açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O qeyd edib ki, pilot layihələrin əksəriyyəti Bayıl yaşayış sahəsində yerləşir: "Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla baş tutan görüş zamanı icra başçısı Eldar Əzizov təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Eldar Əzizov qeyd edib ki, düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

Eldar Əzizov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə artıq Azərbaycanda Milli sahibkarlar təbəqəsi yaranmışdır. Dövlət qurumlarından onların fəaliyyətinə hər cür köməklik göstərilməsi tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün Pilot layihələr Prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir. Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər".(report)

Məqalədə : Səbail RİH 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
57

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
145

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
109

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
134

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
108

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
256

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
244
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru