Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
14:17
2523
Bakıda zibil qutusunda doğranmış qadın meyiti tapılıb

Bakıda doğranmış qadın meyiti tapılıb. Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 12:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com