Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
12:56
Professor: Elektron siqaret barədə yanlış təsəvvür var

Türkiyənin On doqquz May Universiteti (OMU) Tibb Fakültəsinin kafedra müdiri, professor Meftun Ünsal bildirib ki, son zamanlar elektron siqaretlərin internet və sosial media vasitəsi ilə nəzarətsiz satılması narahatlıq yaradır. 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada qarşısı alına bilən ölüm və xəstəliklərin səbəbi kimi siqaretin ilk sırada gəldiyini xatırladan Ünsal, elektron siqaretinin da asılılıq yaratdığını vurğulayıb.

"Siqareti tərgitməyə yardım etdiyi" iddiası ilə istifadəsi geniş yayılan elektron siqaretin deyilənlərin əksinə olaraq, belə bir xüsusiyyət daşımadığını qeyd edən Ünsal, "elektron siqaret etibarlı olmayan, istifadəçiyə sistematik olaraq nikotin bəxş edən elektron alətdir. Elektron siqaretin içindəki kimyəvi maye maddələr asılılıq və xəstəlik yaradıcı təsirləri var", - deyə bildirib.

Elektron siqaretin görünüşünə görə siqareti təqlid etdiyinə işarə vuran Ünsal belə danışıb:

"Elektronik siqaretin maye saxlayan hissəsində nikotin sızması olur, bu sızıntı da dərinin daha artıq nikotin almasına səbəb olur və zəhərlənmələr yaradır. ÜST tərəfindən aparılan araşdırmalarda göstərilir ki, elektron siqaretin tüstüsündə normal siqaret tüstüsündən daha çox ağır metal və silisium hissəcikləri var. Həmçinin elektron siqaret tüstüsündə qalay, gümüş, dəmir, alüminium, xrom və nikel nano-hissəcikləri var. Elektron siqaret tüstüsündə olan nikotin siqaretdə olduğu kimi asılılıq yaradır. Daha yüksək dozada nikotin qəbul edildiyi üçün mədə və bağırsaq sistemində əlavə təsirlərə, baş ağrısına, həyəcana, ağız və dəridə xəstəliklərə səbəb olur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : elektron siqaret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 22:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com