Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
11:28
Boyla təhlükəli xəstəlik arasında əlaqə tapılıb

Uşaqlıqda boyu balaca olanlar böyüyəndə insult risqi ilə üzləşə bilər. FaktXeber.com-un Science daily istinadla verdiyi məlumatına görə, bu barədə Kopenhagenli alimlər xəbər verib.

Genetiklər 1930-1989-cu illər arası dünyaya gələn 7-13 yaş arası uşaqların sağlamlıq haqqında məlumatlarını araşdırıblar. Analiz göstərib ki, orta göstəricidən 5-7 sm balaca olan insanlar böyüyəndən sonra 11 faiz daha çox  işemik insultla üzləşir.

Araşdırmaçılar vurğulayır ki, insanın boyu genetika ilə müəyyənləşir, həmçinin ana və uşağın qidalanması, infeksiya və stresslə əlaqədardır.

Alimlər hesab edir ki, xəstəlikdən qorunmaq üçün belə uşaqlar  həyatları boyu insulta təsir edən faktorlara diqqət göstərməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 16:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com