Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
09:52
Azərbaycanda qızıl hasilatı 7 dəfədən çox artıb

Azərbaycanda 2018-ci ilin yanvar ayında 744,8 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə çoxdur. FaktXəbər bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, 1 fevral 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 40 kq təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub. 

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Məqalədə : qızıl hasilatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4198

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2939

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2334

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1974
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 02:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru