Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
15:36
NATO-nun `İskəndər`lə bağlı şəffaflıq təklifinə Rusiyadan cavab gəldi

Kalinqradda yerləşdirilən "İskəndər" raket kompleksləri NATO-da böyük diqqət cəlb edib. Şimali Atlantik  Alyansı Rusiyanı öz fəaliyyəti barədə "şəffaflığa" çağırıb. Bunun yanında blokda işarə vurulub ki, bu məsələ RF Şurası-NATO çərçivəsində müzakirə olunmalıdır.

Moskvadan isə Stoltenberqə xatırladıblar ki, NATO son zamanlar Rusiya sərhəddində aktivləşib. Bu səbəbdən "İskəndər"lərin Kalinqradda yerləşdirilməsini alyansın fəaliyyətinin nəticəsi hesab etmək lazımdır.

O da vurğulanıb ki, raket kompleksləri Rusiyanın suveren torpağında yerləşdirilib və bu, əsasdır: "Halbuki ABŞ RƏM sistemləri onların öz sərhədlərindən çox-çox uzaqdadır. Hərbi kontingentləri isə Rusiyanın bütün perimetrləindədir"

Yeri gəlmişkən ABŞ narazılıqlarını bildirmələrinə baxmayaraq, etiraf ediblər ki, Rusiya ölkə daxilində öz mövqelərini möhkəmləndirməyə tam hüququ çatır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "İskəndər" 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com