Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
11:30
ABŞ kəşfiyyatı: bu il Qarabağda müharibə olacaq

"Dağlıq Qarabağ ətrafındakı gərginlik Azərbaycanla Ermənistan arasında iri miqyaslı hərbi münaqişəyə çevrilə bilər."

FaktXəbər-in məlumatına görə, belə bir xəbərdarlıqla ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts 2018-ci il üçün dərc edilmiş “Dünya üzrə təhlükələrin qiymətləndirilməsi” məruzəsində qeyd edib.

MKİ direktoru Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışıb. O, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminı də toxunaraq, tərəflərdən heç birinin güzəştə getmədiyini vurğulayıb.

Deniel Kouts hesab edir ki, Azərbaycanın stabil şəkildə hərbi modernləşmə aparması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.

MKİ direktoru iddia edib ki, Rusiya postsovet məkanında öz təsirini daha da genişləndirəcək.

Qeyd edək ki, 2017-ci il martın 16-da MKİ direktoru təyin edilən Deniel Kouts ötən ilki hesabatında da Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyat başlaya biləcəyi qeyd olunmuşdu.

Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov amerikalaı eksspertin bu hesabatını təhlil edib. Onun sözlərinə görə, hazırki geosiyasis vəziyyətdə Rusiyanın Gümridə yerləşən 102 saylı hərbi bazasının da Azərbaycana qarşı çıxacağına əmin deyiləm. O, amerikalaı ekspertin bu il Qarabağda vəizyyətin gərginləşə biləcəyi barədə fikri ilə də razı olduğunu bildirib. "Qarabağda hərbi əməliyyatların bu il daha geniş miqyas ala biləcəyi ilə ABŞ kəşfiyyatının fikirlərini bölüşürəm. Buna əsas verən amillər isə peşəkarlara yaxşı bəllidir". 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 19:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com