Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
11:06
1719
Orfoqrafiya lüğəti üçün Nazirlər Kabineti qərar verəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası məlumat yayıb.

AMEA-dan FaltXəbər-ə verilən məlumata görə, Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi artıq iki aydan çoxdur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələrdə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər iştirak edirlər. AMEA-nın Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olub.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə ediləcək. Sonra qəbul edilən dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşri üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.

Məqalədə : orfoqrafiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 12:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com