Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
22:16
Saakaşviliyə Niderlandda pasport verilib - FOTO

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

FaktXəbər-in korrespondent.net-ə istinadən verdiyi məlumata görə, bu haqda Saakaşvili şəxsi “Facebook” səhifəsində yazıb:

"Bu gün Amsterdamda, son müddət ərzində ilk dəfə olaraq, kimliyimi təsdiq edən əsl sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur cəmi bir neçə dəqiqə çəkdi”.

Eyni zamanda, o, buna baxmayaraq, Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 11:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com