Putin aviaqəzaya düşəcəkmiş

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
16:21
1782
Putin aviaqəzaya düşəcəkmiş

Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin fevral ayında Soçidə aviaqzaya uğrayacaqmış – onun olduğu helikopter sərt eniş edib. FaktXeber.com-un Komsomoles-ə istinadla verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının sabiq deputatı İlya Ponomoryov Federal Mühafizə Xidmətinə istinadlla Ukrayna məhkəməsinə bildirib.

Ponomoryovun sözlərinə görə, hadisə fevralın 22-də baş verib. Yanukoviç də təqribən elə həmin ərəfələrdə Kiyevdən qaçmışdı.

Deputat bildirib ki, Rusiya prezidenti  helikopter hadisəsini xarici xüsusi xidmət orqanları tərəfindən sui-qəsdə cəhd kimi qiymətləndirib.

Qeyd edək ki, Ponomoryov  «Skolkovo» Fondunun vəsaitlərinin israfına görə qiyabi həbs olunub. O, Beynəlxalq axtarışa verilib. Hazırda Ukraynada yaşayır. O, Krımın Rusiyaya birləşməsinin əleyhinə səs verən yeganə deputatdır. 

Məqalədə : Putin helikopter 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 00:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com