Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
15:14
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

Türkiyə rəhbərliyi İraqda yenidənqurma işlərinin aparıla bilməsi üçün rəsmi Bağdada 5 milyard dollar kredit təmin edəcəyini açıqlayıb. FaktXəbər-in "CNNTürk"ə istinadən verdiyi məlumata görə, bu bərədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

"Şirkətlərimizin yükləndiyi və tamamladığı layihələrin dəyəri 25 milyard dollar dəyərindədir. 5 milyard dollar kredit vədini də vermişik. Eyni zmanda 50 milyard dollarlıq humanitar və inkişaf layihələri üçün kredit də vəd etmişik. Şirkətlərimizi həm layihələri götürməyə, həm investisiya qoymağa təşviq edəcəyik. İraq və Suriyanın sabitliyi bizim üçün çox əhəmiyyətlidir. Buranın yenidənqurma bizim iqtisadiyyatımız üçün də çox vacibdir",-deyə Mövlud Çavuşoğlu əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 12:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com