Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
14:39
Yəmən: Sananın Köhnə şəhərinə sığınan ölkə - FOTO

Yəməndə üç ildir davam edən münaqişə əhalinin yarıdan çoxunu humanitar  yardıma möhtac edib. 2015-ci illdə Səud başda olmaqla koalisiya qüvvələrinin havadan bombardmanı ölkəni daha pis vəziyyətə saldı. Həmin dövrdən bəri 10 minlərlə insan həlak ollub, milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.  Bundan başqa minlərlə insan epidemiya  və aclığın əsarətindədir.

FaktXeber.com-un Al Jazeera-ya istinadla verdiyi məlumata görə, BMT-nin Qaçqınlarla iş üzrə agentliyi bu barədə fotoreportaj təqdim edib.

Öz evini tərk etmək məcburiyyətində qalan 70 yaşlı Kafiya Sananın qədim şəhərində evdə kirayə qalır.

13 yaşlı Camal Mahmud məktəbdən əvvəl Sananın Köhnə şəhərində bazarda bijuteriya satır. Qonşu Amranda evlərini tərk etmək məcburiyyətində qalan Camal gündə 0,80-3,50 dollar qazanmaqla valideynlərinə yardım edir, bacı-qardaşına və babasına çörək aparır.

Hesab olunur ki, Yəmənin işçi qüvvəsinin 10 faizini uşaqlar təşkil edir.

İman və Amani Asaba bacıları Sananın Köhnə şəhərində dağıntılar arasında oynayırlar. Onlar da qonşu şəhərdən evlərini tərk edərək köçüb gəliblər.

Bu isə Əhməd Saleh Əlidir. O, bir il əvvəl evləri dağıldıqdan sonra 6 uşağını da götürüb Taizdən qaçıb və  Köhnə şəhərə sığınıb. Əli humanitar yardıma möhtac olan 22 milyonun siyahısındadır.

Sananın Köhnə şəhərində müştəri gözləyən Mahmud Muhəmməd (soldakı) dərzilikdən gələn kiçik gəliri ilə ailəsini saxlamaq məcburiyyətindədir. Lakin ev kirayəsi və ərzağa, həmçinin xroniki xəstəlikdən əziyyət çəkən iki uşağına dərman almağa pul çatdırmaq çətin olur.

Yəməndə 16 milyon insan tibbi ləvazimatların və preparatlarının çatışmazlığından əziyyət çəkir.

13 yaşlı Əbdülqadir  Sananın Köhnə şəhərində  keçmiş evinin yanında durub. Bombardman zamanı onun atası, qardaşı, əmisi və bibisi bue vin dağıntıları altıda qalaraq həlak olub.

Muhəmməd, Bətul və Lui Əli Zahid bacı qardaşdırlar. Onlar bombardman zamanı dağılan evlərinin qalıqları üzərində oynayırlar. Hadisədən sonra valideynləri ilə əraziləri tərk etsələr də, uşaqlar tez-tez geri qayıdırlar.

Qeyd edək ki, Köhnə şəhər Sananın ən milli koloritli yeri olub və YUNESKO-nun qərarına əsasən memarlıq abidəsi siyahısındadır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən Sana Köhnə şəhər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 10:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com