ATƏT PA terrorizmlə mübarizəni müzakirə edəcək

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
11:23
1392
ATƏT PA terrorizmlə mübarizəni müzakirə edəcək

ATƏT Parlament Assambleyası 2018-ci il fevralın 22-23-də Vyanada keçiriləcək 17-ci qış sessiyasında "yalan xəbərlər", iqlim dəyişikliyi, miqrasiya, terrorizm və daha bir neçə məsələləri müzakirə edəcək.

Açılış sessiyasında ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri - İtaliyanın adından isə xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola çıxış edəcəklər.

Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit, eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.(Trend)

Məqalədə : ATƏT PA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 07:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com