Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
10:28
18 rayonun polisindən Prezidentə şikayət olub - SİYAHI

“Respublikada asayişin qorunmasında və sabitliyin təmin edilməsində polis orqanlarının müstəsna xidmətlərini qeyd etməmək olmaz. Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxmışdır. Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilmiş, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmış, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilmişdir. Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil etmişdir. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalmışdır”.

FaktXəbər-in məlumatına görə, bunu “Report”a Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O, bununla yanaşı bildirib ki, polis orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər az deyil: “İstintaqın aparılması, təhlükəsizliyin və ictimai asayişin qorunması, yol polisinin fəaliyyəti, pasport qeydiyyatı, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı daxil olan müraciətlərin sayı Bakı şəhərinin Xətai, Xəzər, Nərimanov, Nizami, Pirallahı, Suraxanı rayonlarından, Gəncə, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Cəlilabad, Göygöl, Qəbələ, Oğuz, Saatlı, Siyəzən, Şabran, digər şəhər və rayonlardan nisbətən çox olub”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : polis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 23:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com