Polisi: Netanyahunun rüşvət aldığına dair kifayət qədər dəlil var

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
10:00
1346
Polisi: Netanyahunun rüşvət aldığına dair kifayət qədər dəlil var

İsrail polisi rejimin baş naziri Binyamin Netanyahunun rüşvət aldığı, korrupsiyaya qurşandığı, vəzifəsindən sui-istifadə etdiyi şübhəsinə dair kifayət qədər dəlil olduğunu bildirərək, prokurora ittiham aktı hazırlamasını tapşırıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, polisdən verilən açıqlamada bildirilir ki, "1000 nömrəli məsələ" kimi tanınan sözügedən istintaqa iş adamları Arnon Milçan və Avstraliyalı Ceyms Pakeri də cəlb olunub.

Başa çatan digər bir korrupsiya araşdırması olan və "2000 nömrəli məsələ" kimi tanınan işdə isə Netanyahu barədə açılan istintaq kifayət qədər dəlil əldə edib.

Bu ikinci məsələnin Netanyahu ilə İsrailin ən böyük qəzetlərindən olan "Yedioth Ahronoth"un sahibi və naşiri Arnon Moses haqqında olduğu bildirilir. Polis açıqlamasında bu məsələdə də rüşvət verildiyinə dair kifayət qədər dəlil olduğu vurğulanıb.

Məqalədə : Netanyahu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 00:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com