Kraliçanın yanında dəfn olunmaq istəmədiyin deyən şahzadə öldü

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
09:44
1319
Kraliçanın yanında dəfn olunmaq istəmədiyin deyən şahzadə öldü

Danimarka kraliçası Marqretin əri Şahzadə II Henrik vəfat edib. Onun 83 yaşı var idi. FaktXeber.com-un məlumata görə, bu barədə kral sarayının mətbuat xidmətindən bildirilib.

«Əlahəzrət Şahzadə Henrik fevralın 13-də Fredensborq  qəsrində yuxuda olarkən vəfat edib» , - deyə məlumatda bildirilir. Xəbərdə deyilir ki, həmin vaxt onun yanında kraliça  və iki oğlu olub.

Şahzadə 2 həftə öncə Misirdə istirahətdəykən özünü pis hiss edib. Tibbi müayinədən sonra o, Danimarkaya çatdırılıb, yanvarın 28-dən isə  Kopenhaqen  Kraliça xəstəxanasında müalicə alıb. Müayinə zamanı onun ciyərində xoşxassəli şiş aşkar olunub. Fevralın 13-də o, öz arzusu ilə xəstəxanadan çıxarılıb və kraliça ailəsinin Fredensborq rezidensiyasına gətirilib.

Ötən il şahzadə xanımının yanında dəfn olunmaq istəmədliyini bildirmişdi. Ömrünün son illərində saray həyatından və titulundan narazı olduğunu bildirən şahzadə Henrik 2015-ci ildə bundan imtina edərək təqaüdə çıxmışdı. Bundan sonra Saray şahzadənin ağıl zəifliyindən əziyyət çəkdiyini bəyan etmişdi.

2017-ci ildə  Kraliça II Marqret və şahzadə  Henrik evliliklərinin qızıl yubileyini – 50 illiklərini qeyd etmişdilər.

Vəliəhd şahzadə Marqret  1967-ci ildə  fransız diplomat Anri de Laborda de Monpeza (sonradan Danimarka adı olan Henriki qəbul etmişdi) ilə evlənmişdi.

Marqret 1972-ci ildə taxta oturub. Hazırda onun 77 yaşı var.

Məqalədə : Kraliça 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 00:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com