Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
16:17
Azərbaycan bu işi görə bilsə...
Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizini ölkəyə cəlb etmək istəyirlər

Azərbaycan Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizini ölkəyə cəlb etmək istəyir.

FaktXəbər-in məlumatına görə, bu barədə fevralın 13-də keçirilən mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Çin ilə Avropa arasında 2016-cı ildə 100 milyon tondan çox yük daşınıb. Bu yüklərin 10-15 faizinin Azərbaycandan keçməklə daşınmasına nail olmaq istəyirik.

Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da fəaliyyətə başlayıb.

Nazir əlavə olaraq bildirib ki, Çin tərəfi indiyədək Azərbaycan iqtisadiyyatına 770 mln. dollar həcmində sərmayə yatırıb: "İnvestisiyaların strukturunda neft sektoru üstünlük təşkil edir. Qeyri-neft sektoruna da investisiyaların artması üçün çalışmalıyıq və bunun üçün işlər görülür".

Ermənistanın Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulmaq üçün heç bir şansının olmadığını da bildirən nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti Ermənistanı regional layihələrdən kənarlaşdırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yük daşınması 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 18:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com