Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

13 Fevral

2018
14:35
235
Ərdoğan: ABŞ İŞİD-lə bağlı teatrı dayandırmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyp Ərdoğan "Ədalət və İnkişaf" Partiyasının qrup toplantısında çıxış zamanı Suriyada YPG-yə dəstək verən Birləşmiş Ştatları sərt tənqid edib. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, bildirib ki, Vaşinqton Suriyada İŞİD-lə mübarizə teatrını dayandırmalıdır.

"Siz deyirsiniz ki, (ABŞ) İŞİD-ə qarşı mübarizə aparırsınız. Bəs siz nə qədər İŞİD üzvünü məhv etmisiniz? İŞİD-lə mübarizə aparanlar, indi Türkiyəyə qarşı bunu edirlər. Heç kimin İŞİD-i bəhanə kimi istifadə etməyə haqqı yoxdur. İŞİD-lə teatrı sona çatdırmağın və maskanı çıxarmağın artıq vaxtı çatıb",-deyə Ərdoğan əlavə edib.

Türkiyə dövlət başçısı həmçinin deyib ki, ABŞ hakimiyyəti Suriyada kürdlərə 550 milyon dollar məbləğində yardım ayırıb və bu məbləği 3 mlrd. dollara qədər artıra bilər.
 
"Bizə deyirlər ki, əgər bizi vursaz, sərt cavab verəcəyik. Bu sözü deyənlər ömürlərində osmanlı yumruğu hiss etməyənlərdir",-deyə Türkiyə prezidenti vurğulayıb.

Məqalədə : Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2018 03:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru