Azərbaycandan Türkiyəyə gedənlərin nəzərinə!

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
12:35
2946
Azərbaycandan Türkiyəyə gedənlərin nəzərinə!

Türkiyədə xarici dövlət nömrə nişanlı avtomobillərə verilən cəza ilə bağlı əsasnamə "Rəsmi Qəzet"də dərc olunub.

FaktXəbər bildirir ki, Daxili İşlər Nazirliyinin əsasnaməsinə görə, sürücüsünün Türkiyə vətəndaşı olub-olması barədə heç bir fərq qoyulmayacaq və xarici dövlət nömrə nişanlı maşınlara, həmçinin Türkiyə dövlət nömrə nişanlı avtomobillərdən istifadə edən əcnəbi sürücülərə verilən inzibati cərimələrə dair qaydalar müəyyənləşib.

Avtomobil yolları Nəqliyyat Qanununun 115-ci maddəsinin 8-ci bəndinə əsasən xarici dövlət nömrə noşanlı avtomobillərlə bağlı qanunda göstərilən müddəalara zidd hərəkət edilməsi halında, akt tərtib olunacaq və inzibati pul cəriməsi veriləcək.

Sözügedən avtomobillərlə bağlı cərimələr dərhal elektron bazaya ötürüləcək.

Xarici dövlət nömrə nişanlı maşınların sürücülərinə və maşınlara tətbiq edilən inzibati pul cəzalarına dair məlumatlar elektron formada Maliyyə Nazirliyi ilə Gömrük və Ticarət Nazirliyinə, həmçinin sərhəd məntəqələrinə göndəriləcək.

Türkiyədən çıxmaq üçün sərhəd məntəqəsinə gələn xarici dövlət nömrəli avtomobillərə dair sistemdə ödənməmiş inzibati pul cəriməsi görünərsə, maşının cərimə ödənmədən ölkəni tərk etməsinə Gömrük və Ticarət Nazirliyi tərəfindən icazə verilməyəcək.

Məqalədə : cərimə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 07:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com