Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
12:23
784
USAID Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir.

Bu barədə ABŞ hökumətinin dərc etdiyi Birləşmiş Ştatların xarici siyasət qurumunun 2018-2019-cu illər üzrə büdcə layihəsində göstərilib.

Belə ki, layihədə 2018 və 2019-cu illərdə Azərbaycanda hərbi təlimlərə və treninqlərə ayrılacaq vəsaitin həcminin 600 min dollar təşkil edəcəyi qeyd olunub. Xatırladaq ki, 2017-ci ildə isə ABŞ-dan analoji xərclər üçün alınan yardımın miqdarı 639 min dollar təşkil edib.

Bununla yanaşı, 2018 və 2019-cu illər üzrə Azərbaycanın hərbi maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Qeyd edək ki, 2017-ci ildə bu məqsədlə respublikaya 1 milyon dollar ayrılıb.(Report)

Eyni zamanda, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən iqtisadi yardım proqramları üçün ABŞ 2019-cu ildə Azərbaycana 3 milyon dollar ayırmağı planlaşdırır. Əlavə edək ki, 2017 və 2018-ci illərdə bu istiqamətdə vəsait ayrılmayıb.

Məqalədə : USAID Azərbaycan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 06:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status