Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
11:11
İraqlılardan XƏBƏRDARLIQ: İŞİD-çilərin ailələrindən intiqam alacağıq - VİDEO

İraqın Anbar vilayətində tayfa nümayəndələri geri qayıdacaqları təqdirdə İŞİD-çilərin ailə üzvlərindən intiqam alacaqlarını bəyan ediblər. FaktXeber.com-un məlumatına görə, bu barədə Al-Jazeera xəbər verib. 

Qeyd edək ki, Anbar İŞİD terror qruplaşmasının hələ də nüfuzu olduğu sonuncu əyalətdir.

«Onlar qayıdarlarsa, qan töküləcək və bunu heç kim dayandıra bilməyəcək», - deyə İŞİD-də görə böyük itkilərlə üzləşmiş tayfa üzvləri bildirirlər.

İŞİD terrorçularının evləri dağıdılıb, necə ki, terror təşkilatı vaxtilə onlara qarşı eyni addımı atmışdı.

Hazırda aralarında qadın və uşaqların da olduğu 380 ailə  əyalətdə xüsusi düşərgədə saxlanılırlar. Bu insanlar  yerli sakinlər tərəfindən təcrid olunublar.

Xatırladaq ki, İŞİD terror təşkilatının İraqda fəaliyyəti nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla yüz minlərlə insan həlak olub, milyonlarla insan zərər görüb, 2,5 milyon insan  öz evlərini tərk edərək, qaçqın həyatı sürmək məcburiyyətində qalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İraq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com