Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
09:25
1565
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda ilk öncə "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxacaq.

Daha sonra deputatlar "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" sazişin təsdiq edilməsi, o cümlədən "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və digər qanunlara dəyişiklik edilməsi barədə məsələlərə baxacaq.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com