Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
09:27
1100
Putin və Tramp telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı  Donald Trampla telefon danışığı aparıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə RF dövlət başçısı Fələstin rəhbəri Mahmud Abbasla görüşündə deyib. Bunun yanında o bildirib ki,  danışıq zamanı İsrail-Fələstin məsələsinə də toxunulub.

Xatırladaq ki, 2017-ci ilin sonlarında  Tramp Qüdsü  İsrailin paytaxtı kimi tanımaq və ABŞ səfirliyini ora köçürmək barədə fərman imzalayıb. Bu, Fələstində və digər ölkələrdə etirazlara, qarşıdurmalara səbəb olub.

Kremldən bildirilib ki, Tramp  Moskva yaxınlığında An-148 təyyarəsinin qəzası ilə əlaqədar başsağlığı da verib.

Bundan başqa  telefon danışığında  liderlər  Yaxın Şərq problemlərinin həlli yolunda müəyyən aspektləri müzakirə ediblər.

Xatırladaq ki, fevralın 11-də «Saratov avialiniyası»nın Moskva-Orsk reysi ilə hərəkət edən An-148 təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 65 sərnişin və 6 heyət üzvü həlak olub. Ölənlərdən biri Azərbaycanlı sahibkar olub. 

Məqalədə : Tramp Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 14:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status