Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
20:54
Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bağça sərəncam 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 08:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com