Rusiya An-148 təyyarələrindən hələlik imtina edir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
16:37
859
Rusiya An-148 təyyarələrindən hələlik imtina edir

“Saratov hava yolları” aviaşirkəti An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğramasından sonra bu tip laynerlərin istismarını dayandırıb.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, bu barədə fevralın 12-də kompaniyanın mətbuat xidməti məlumat yayıb. “Aviakompaniyanın rəhbərliyi An-148 hava laynerinin uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib”, - məlumatda belə deyilir. Mətbuat xidməti bildirib ki, kompaniyanın təyyarə parkında 6 ədəd An-148-100 layner var. Qəzaya uğramış RA-61704 bort nömrəli An-148 təyyarəsi 2017-ci ilin fevral ayında aviakompaniyanın parkına daxil olub, 2018-ci ilin yanvarında isə əsaslı texniki yoxlamadan keçib.

Kompaniyadan əlavə ediblər ki, hər bir reysdən əvvəl təyyarə operativ xidmət yoxlamasından keçir. Moskva ətrafında qəzaya uğrayan təyyarədə də belə bir yoxlama aparılmış və heç bir nasazlıq aşkar edilməmişdi.

Xatırladaq ki, Moskva-Orsk reysi üzrə uçuş həyata keçirən An-148 təyyarəsi fevralın 11-də Domodedova hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan 71 nəfərin - 65 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.

Məqalədə : An-148 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 11:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com