Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
16:17
UEFA Çempionlar Liqası 1/8 final mərhələsi başlayır

Fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək.

FaktXəbər-in məlumatına görə, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - 2:0.

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”nin qonağı olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : UEFA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com