Yanacaq tankeri alışdı: avtomobillər alovun mühasirəsində qaldı-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
15:22
2371
Yanacaq tankeri alışdı: avtomobillər alovun mühasirəsində qaldı-VİDEO

Pekin-Harbi şossesində sıxılmış qaz daşıyan tankerdə yanacaq sızması nəticəsində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ətrafda olan avtomobillər və onların içərisindəki sərnişinlər yanacağın mühasirəsində qalıblar. FaktXeber.com-un LiveLeak-a istinadla verdiyi məlumata görə hadisə fevralın 11-də baş verib.

Baş verən dəhşətli hadisə arxadan gələn avtomobilin videoregistrində qeydə alınıb. Kadrlardan görünür ki, qabaqdakı avtomobil birdən alışır. Sürücü dərhal düşməyə çalışsa da, bacarmır. Saniyələr sonra ikinci avtomobil də yanğının cənginə düşür. Videoregistrin olduğu avtomobil isə maşının arxa-arxaya verir. Bu zaman yolun qırağındakı ağacların da alışdığı görünür.

Az sonra qarşıdakı avtomobillərdən insanların düşərək qaçdığı görünür.

Rəsmi məlumatlara görə tankerin sürücüsü ağır yanıq xəsarəti alıb. O biri 3 maşında olan 7 sərnişin isə kiçik yaralarla canlarını qurtarıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 09:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com