Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

12 Fevral

2018
14:03
657
132-134 nömrəli təhsil kompleksindəki biabırçı hadisə araşdırılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 132-134 nömrəli təhsil kompleksində baş verən hadisəyə münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, təhsil kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi araşdırılır.

Şöbə müdiri bildirib ki, faktla bağlı İşçi qrup yaradılıb və araşdırmalar davam etdirilir: “Uşaqların görüntülərinin bu cür yayılması, onlar ad və soyadlarının açıq şəkildə mətbuat orqanlarında işıqlandırılması onların gələcək həyatlarına təsir göstərə bilər. Xahiş edirik ki, media orqanları bu məsələni nəzərə alsınlar. Media uşaqların ümdə maraqlarını nəzərə alaraq bu məlumatları yaymamalıdır. Çünki uşaqlar qınaq obyektinə çevrilə və intihara cəhd edə bilərlər”.

E. Səfərovun sözlərinə görə, məlum hadisədən sonra məktəblərdə monitorinq işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səbail rayonunda yerləşən 132-134 nömrəli təhsil kompleksinin 11-ci sinif şagirdi C. R. 7-ci sinifdə oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu videoya çəkərək sosial şəbəkələrdə yayıb.

Qızın valideynlərinin şikayəti əsasında Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb və C. R. həbs edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 06:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru