Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
13:59
Azərbaycanda bəzi özəl banklar bağlana bilər

“Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”.

FaktXəbər-in “APA-Economics”ə istinadən məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

Bildirilir ki, bank sektorunda dollarlaşma yüksək səviyyədədir: “Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər. Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir. Bu da bankların borc vermə imkanlarını məhdudlaşdırır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 11:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com