Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
12:51
Buzlar əriyir: `Birləşmiş Koreya` ilk oyuna çıxdı

Cənubi Koreyada Qış Olimpiyalarında Seul və Pxenyan rəhbərliyi arasında yaxınlaşma davam edir. FaktXeber.com-un CNN Türk-ə istinadla verdiyi məlumata görə, Şimali və Cənubi koreyalı oyunçulardan ibarət Birləşmiş Koreya Qadın Buz Xokkeyi komandası ilk oyununa çıxıb. Birləşmiş Koreya oyunu uduzsa da, siyasət qazanıb.

Bundan başqa KXDR-i təmsil edən Kim Yon Nam və Koreya Respublikasının prezidenti Mun Çje İn bir yerdə Seulda «Samçjiyon» ansamblının konsenrtində iştirak ediblər.

Qeyd edək ki, Kim Çen In bacısı vasitəsi ilə Cənubi Koreya prezidentinə ölkəsinə dəvət məktubu yollayıb.

Xatırladaq ki, Kim Çen Inın doğma acısı Kim Yo Çjonun bacısının da daxil olduğu heyət  9-11 fevral arası  Cənubu ziyarət edib. Səfər zamanı Seulda Mun Çje İnlə görüş olub, KXDR nümayəndələri  həmçinin Pçyonçxane Qış Olimpiadasının açılış mərasimində də iştirak ediblər.

Ancaq bu yaxınlaşmadan narahat olanlar da var. Paytaxt Seulda Şimali Koreyanın əlyehinə aksiyalar keçirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Olimpiya Oyunları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 20:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com