Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2018
12:12
Baş bankir: Azərbaycan əhalisini diqqətli olmağa çağırıram

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib.

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki, burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır", - deyə E.Rüstəmov vurğulayıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elman Rüstəmov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com